Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatını (DÇ-2026) tarixin ən yaxşı mundialı hesab etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə dünyanın ali futbol təşkilatının mətbuat xidməti məlumat yayıb.
"Bu, tarixin ən uğurlu hadisəsidir. Stadionlar tam dolub, şəhərlərdə çoxlu insan var, ab-hava isə olduqca möhtəşəmdir. Arenalarda çox sayda ailə, uşaq və qadın var ki, bu da həqiqətən çox gözəldir", - deyə İnfantino bildirib.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-də start götürüb və iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada davam edəcək.