Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
FİFA Qətərdə keçiriləcək dünya çempionatının stadionlarında pivə satışına qadağa qoydu
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının başlamasına iki gün qalmış stadionlarda pivə satışına qadağa qoyulduğunu rəsmən elan edib.
Qərar alkoqolsuz pivə satışına təsir etməyəcək və bu pivənin Qətərdəki bütün dünya çempionatının stadionlarında satışı davam edəcək.
Xatırladaq ki, bundan əvvəl Qətərin kral ailəsinin stadionlarda pivə satışına qadağa tələb etdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
Mənbə: Championat
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar