Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Rusiyada 2018-ci ildə Dünya çempionatının və 2017-c il Konfederasiyalar kubokunun keçirilməsinə hazırlıqlara yarım milyard dollar vəsait ayıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, 2017-ci ildə dünya çempionatının hazırlıqlarına 450 milyon dollar və daha 55 milyon dollar isə Konfederasiyalar kubokuna hazırlıqlara ayrılacaq. FİFA-nın büdcəsi 2017-ci ildə 1,3 milyard dollardan ibarət olacaq.
Qeyd edək ki, 2018-ci il Dünya çempionatı Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.