Türkiyənin "Antalyaspor" və "Fatih Karagümrük" klublarına transfer qadağası tətbiq edilib.
Oxu.Az "Ajansspor" nəşrinə istinadən xəbər verir ki, FIFA hər iki klubun transfer fəaliyyətini üç transfer pəncərəsi müddətinə məhdudlaşdırıb.
Klublar mübahisəli məsələləri həll edənədək yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcəklər.
Qeyd edək ki, problemlər aradan qaldırılarsa, qadağanın ləğvi mümkündür.
Qaynar xətt:
(055) 224 12 12