Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistan prezidentini Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi dəvətinə əsasən, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev oktyabrın 14-də Bakıya işgüzar səfərə yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Özbəkistan prezidentinin mətbuat xidməti yayıb.
Səfər çərçivəsində ali qonaq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə toplantısına qatılacaq. Bununla yanaşı, dövlət başçısının xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər və müzakirələr keçirməsi də planlaşdırılır.