Ölkənin bütün kiberfutbol həvəskarlarının nəzərinə!
Oxu.Az xəbər verir ki, “Gaming League Azerbaijan” FIFA20 oyunu üzrə ilk rəsmi Azərbaycan çempionatının 2-ci liqasının seçmə mərhələsini elan edir!
Əgər sən də özünü güclülər sırasında görürsənsə və bu oyunun yaradanını axtarırsansa, o zaman vaxt itirmədən qeydiyyatdan keç. Bunun üçün isə “Instagram” və “Facebook”da “Gaming League Azerbaijan” səhifələrinə daxil olmaq kifayətdir.
“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də “Topaz”ın birgə təşkil etdiyi liqada ilk üç pillənin sahibləri mükafatlar qazanmaqla yanaşı, FIFA 20 1-ci Liqasına vəsiqə əldə edəcəklər.
May ayının 24-ü saat 12:00-da start götürəcək seçmə mərhələnin sonunda ən yaxşı nəticə göstərən 20 iştirakçı 2-ci liqada iştirak etmə şansı qazanacaq. Oyunlar “online” şəkildə olimpiya sisteminə uyğun keçiriləcək. Bacarığını “Play Station” salonlarında göstərmək dövrü bitdi. Artıq ən güclü kiberidmançıları bütün ölkə tanımalıdır! Oyunçu aparsın!