Bəzi iddialara görə, Türkiyənin həvəskar liqasında çıxış edən “Maltəpə Fındıklıspor” futbol komandası Azərbaycan Premyer Liqasının iştirakçısı “Qəbələ”nin loqosundan yararlanır.
Oxu.Az xəbər verir ki, Maltəpə komandasının loqotipi heyrətamiz şəkildə “Qəbələ” klubunun loqosuna oxşayır.
Daha bir maraqlı məqam budur ki, Qəbələ Azərbaycanın fındıq və qoz istehsalı ilə məşğul olan rayonlarından biri kimi tanınır.
Qeyd edək ki, “Qəbələ” klubu 2005-ci ildə yaradılıb. “Maltəpə Fındıklıspor” isə üç il əvvəl – 2017-ci ildə qurulub.
Səbuhi Musayev