Tədbirdə idman ictimaiyyətinin nümayəndələri mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, Bakıda Fairmont otelində 2015-ci ilin idman yekunlarına həsr olunan tədbir keçirilib.
Sərbəst güləş üzrə ən yaxşı məşqçi Firdovsi Umudov seçilib.
Xatırladaq ki, Firdovsi Umudov 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb (Dünya güləş birliyi təltif edib). “Şöhrət” ordeni, prezidentin fəxri diplomu ilə təltif edilib və əməkdar məşqçidir.
“Təbii ki, mənim üçün bu gün də sevindirici gündür. Yenidən ilin ən yaxşı məşqçisi seçildim. Mənim uğurum güləşin uğurudur, güləşin uğuru da mənim.
Hər mükafat əməyin bəhrəsidir. Uğurlarımızı, əziyyətimizi dəyərləndirdikləri üçün təşəkkür edirəm. 2016-cı ildə yenidən uğurlara imza atmaq ümidi ilə işlərimizə start verəcəyik.
Bizi mükafatlandırdıqları üçün Gənclər və İdman Nazirliyinin rəsmilərinə təşəkkür edirəm”- sərbəst güləş üzrə böyük məşqçi Firdovsi Umudov söyləyib.