Bakıda təşkil olunan I Avropa Oyunları zamanı xüsusi avtobuslarla X1-X2-X3-X4-X5-X6 marşrutları üzrə 29 min tamaşaçı daşınıb.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin “Bakı Sərnişin və Yük DaşımalarınınTəşkili” MMC-dən bildiriblər.
Məlumata görə, fiziki məhdudiyyətli vətəndaşların Avropa Oyunlarının Açılış Mərasiminə aparılması üçün xüsusi olaraq pandusla təchiz edilmiş İSUZU markalı 40 avtobus ayrılıb.
Həmin avtobuslar fiziki məhdudiyyətli vətəndaşların Olimpiya Stadionuna aparılması və geriyə qaytarılmasını təmin ediblər.
Ülviyyə R. Əli
www.oxu.az