Biz hamımız dünən həyəcanlı anlar yaşadıq. Son iki ildə görülən işlər yüksək səviyyədə öz nəticəsini göstərdi. Azərbaycanın mədəniyyətini, tarixini Avropaya çatdıra bildik.
Oxu.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.
Daha sonra çıxış edən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbəri Saymon Kleqq hər kəsin tədbirin inanılmaz böyük bir tədbir olması ilə razılaşacağını qeyd edib.
“Əminəm ki, Azərbaycan böyük qürur hissi duyub”.
Tədbirdə çıxış edən Açılış Mərasiminin koordinatoru Katrin Ugu işin öhdəsindən gəldiklərini bildirib.
“Və buna görə qürur duyuram. Mənim üçün əsas ilham mənbəyi Azərbaycanın tarixi, Alim Qasımov, Muğam, Qobustan, Nizami Gəncəvinin əsərləri olub”.
Elvin Əhmədov
www.oxu.az