Bakıda I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionuna toplaşan və bütün dünyada mərasimi efirdən izləyən tamaşaçılar üçün möhtəşəm şou hazırlanıb.
Tədbir rəsmi salamlama ilə başlayıb. Avropa Oyunlarının sonuncu məşəldarı paralimpiyaçı İlham Zəkiyev olub. O, məşəli stadiona gətirib.
Bundan sonra möhtəşəm Nizami kompozisiyası təqdim olunub və oyunların simvolu olan Nar mərkəzə gətirilib. Narın içindən bərəkət rəmzi olan nar dənələri (şarlar) uçurulub.
Açılışda xalq artisti Alim Qasımov, “Natiq Ritm Qrupu”, dünya ulduzu Lady Gaga da iştirak edib.
Ardınca təntənəli atəşfəşanlıq olub.
Sonda bu axşamın 2000 ifaçısı səhnəyə toplaşaraq mərasimi sevinclə təntənəli şəkildə başa çatdırıblar. Onlar əl-ələ verərək Azərbaycanın milli rəqsi “Yallı”nı oynayıblar.