Norveçin paytaxtı Osloda "Ullevaal" stadionunda Avro-2016 seçmə mərhələsi çərçivəsində Norveç və Azərbaycan yığmaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, oyun 0:0 hesabı ilə başa çatıb.
Azərbaycan yığması bu oyundan sonra 4-cü xalını qazanaraq H qrupunda 5-ci yerdə qərarlaşıb.
Qrupun digər oyunlarında Xorvatiya evdə İtaliya ilə 1:1 hesablı bərabərliyə ayrılıb, Malta isə doğma meydanda Bolqarıstan yığmasına minimal hesabla məğlub olub (0:1).
F.H.
www.oxu.az