ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1 dollar ucuzlaşaraq 63,86 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar aşağı düşərək 60,03 dollar təşkil edib.
Qeyd edək ki, ekspertlər neftin ucuzlaşmasını Səudiyyə Ərəbistanın gündəlik neft hasilatını artırılması ilə əlaqələndirirlər.
Ülviyyə R. Əli
www.oxu.az