Səudiyyə Ərəbistanı neft istehsalının həcmini rekord həddə artırıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) ən böyük üzvü olan Səudiyyə Ərəbistanının 2015-ci ilin may ayında gündəlik neft istehsalının həcmi 10.33 milyon barel təşkil edib.
Xarici maliyyəçilər isə düşünür ki, ərəblər neftə olan tələbatın artdığını düşündüyündən bu cür hərəkət edirlər.
Xatırladaq ki, OPEK-in ötən həftə qəbul etdiyi qərara görə, neftin istehsal kvotasının həcmi sabit tutulub. Təşkilat bununla yüksək xərcli istehsalçılar qarşısında bazar payını qorumağa çalışıb.
Qeyd edək ki, qərara görə, gündəlik istehsalın həcmi 30 milyon barel müəyyən edilib.
Ülviyyə R. Əli
www.oxu.az