OPEK neft hasilatı kvotalarını saxlamağı qərara alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nuaymi bildirib.
“Elə həmin kvotalardır”, - əl-Nuaymi deyib.
O, OPEK ölkələrinin İndoneziyanın təşkilata qaytarılmasını müzakirə etmədiklərini bildirib.
“Biz İndoneziyanın təşkilata daxil edilməsini müzakirə etməmişik”, - o, deyib.