Bakıda iki övladını qətlə yetirən qadının əri saxlanılıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, iki övladını boğaraq öldürən N. Quliyevanın əri Asif Məlikzadə faktla əlaqədar Sabunçu Rayon Prokurorluğuna dəvət edilib. Hazırda A. Məlikzadənin ifadəsi alınır.
N. Quliyeva hadisəni törətməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.
Qeyd edək ki, məlum hadisə ötən gün Sabunçu rayonu Albalılıq yaşayış massivində qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva övladları 2012-ci il təvəllüdlü Aydan Asif qızı Məlikzadə və 10 aylıq Ayşənin boğazını kəsərək öldürüb.
Hadisədən sonra N. Qurbanova intihar məqsədi ilə özünü bıçaqlayıb. Ağır bədən xəsarəti alan N. Qurbanova 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
11:50
Ötən gün axşam Bakının Sabunçu rayonunda görünməmiş vəhşilik baş verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə saat 20:30-da Albalı bağ massivində qeydə alınıb.
İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib.
Hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat tutan kimi ora gediblər. Qadın qan içində xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib.
Qadın məktubunda həyatından bezdiyini yazıb:
“Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.
Hazırda qadınının vəziyyəti ağırdır. Nəsibə Qurbanovanın əri Asif isə hadisədən şoka düşüb. Asif işi ilə əlaqədar olaraq həftənin müəyyən günləri evdə olmurmuş. Bu səbəbdən də, arvadı onu qısqanırmış. Hər dəfə də, ona zəng vururmuş. Asif Məlikzadə bundan başqa, ailələrində heç bir problem olmadığını bildirib.
Qeyd edək ki, Nəsibə Qurbanovanın əsəbi xəstə olduğu ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az