2015-ci il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda genişləndirilmiş pul bazası 7 milyard 870,2 milyon manat təşkil edib ki, bu da 2015-ci ilin fevralın 1-i ilə müqayisədə 2 milyard 890,1 milyon manat və ya 27% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) son hesabatında deyilir.
AMB-nin məlumatına görə, 2015-ci il martın 1-nə manatda pul bazası manatda pul bazası 9 109,9 milyon manat olub. Bu göstərici yanvarda 10 551 milyon manat, 2014-cü ilin martın 1-də isə 11 136,5 milyon manat təşkil edib.
Hesabat dövründə tədavüldəki pul həcmi 7 milyard 008,9 milyon manat olub, hərçənd bu rəqəm yanvarda 10 145,3 milyon manat, 2014-cü il martın 1-nə isə 10 617,8 milyon manat olub.
2015-ci ilin mayın 1-nə olan məlumata görə, tədavüldəki pul kütləsinin pul bazasına nisbəti 89,1% təşkil edib.
Analoji dövrdə bank ehtiyatlarının həcmi martın 1-nə olan göstəricidən yəni, 1 milyard 028,4 milyon manatdan 858,3 milyon manata düşüb.
Qeyd edək ki, ekspertlər isə bildirir ki, inflyasiyanı nəzarətdə saxlamaq və kəskin devalvasiyanın qarşını almaq məqsədilə bu zəruridir.
Ülviyyə R. Əli
www.oxu.az