Uruqvay millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Dieqo Forlan 2019-cu ildə Honkonqda karyerasını başa vursa da, 42 yaşında tələbə liqasında “Old Boyz” komandasında yenidən futbol oynamağa başlayıb.
Oxu.Az xəbər verir ki, hər komandada bir nəfər tələbə olmayan futbolçuya icazə verildiyindən “Old Boyz” Forlanı heyətə qatıb.
Uruqvay futbolunun əfsanəsi tələbələrin yarışında birbaşa künc zərbəsindən qol vurmağa da imkan tapıb.
Forlan futbola qayıdıb künc zərbəsindən birbaşa qol vurdu - VİDEO
Qeyd edək ki, Dieqo Forlan 2020-ci ildə məşqçiliyə başlasa da, “Penyarol” və “Atenas”dakı fəaliyyəti uzun çəkməyib. O, sentyabrın 16-da “Atenas”dakı işindən ayrılıb.