Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Formula-1"də ağır qəza baş verib
"Uilyams" komandasının tailandlı pilotu Aleksander Albon "Formula-1" yarışlarının 21-ci mərhələsi - Braziliya Qran Prisinin təsnifat mərhələsində ağır qəza keçirib.
Oxu.Az xəbər verir ki, insident üçüncü təsnifat seqmentində baş verib. Pilot birinci döngədən əvvəl bolidin idarəetməsini itirib və səddə çırpılıb. Nəticədə onun bolidi ciddi zədələnib.
Ondan başqa, "Uilyams"ın argentinalı pilotu Franko Kolapinto, "Ferrari"nin ispan sürücüsü Karlos Sayns, "Aston Martin"in pilotu, kanadalı Lens Stroll və onun ispaniyalı komanda yoldaşı Fernando Alonso qəzalar törədiblər.
Yekunda təsnifat mərhələsini "Maklaren" pilotu Lando Norris öndə başa vurub.
Qeyd edək ki, Braziliya Qran Prisinin təsnifatmərhələsi şənbə günü, noyabrın 2-də keçirilməli idi. Amma güclü yağış səbəbindən mərhələ bu günə keçirilib.
"Formula 1" teqi üzrə xəbərlər
- "Formula-1" tarixində ilk dəfə iki qardaş eyni komandada çıxış edəcək
- 2026-cı ildən sonra "Formula-1"in təqvimində dəyişiklik olacaq
- "Formula-1"in keçmiş rəhbəri yarış avtomobilləri kolleksiyasını satır
- "Formula-1": Qətər Qran-prisinin qalibi bəlli oldu
- "Formula-1" üzrə Qətər Qran-prisi: Təsnifat turunun qalibi məlum oldu
Rəylər