Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Formula-1-ə hazırlıq: Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Formula-1" Qatar Airways Azərbaycan Qran-prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 31 avqust saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.
Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.
"Formula-1 Baku (2024)" teqi üzrə xəbərlər
- "Formula-1"ə ayrılan pulları mənimsəyən Çingiz Mehdiyevə hökm oxundu
- Qalmaqallı "Formula-1" cinayət işinə görə 10 il HƏBS TƏLƏBİ
- Bəhreyn Krallığının vəliəhdi və baş naziri Leyla Əliyevanı qəbul edib
- "Formula-1"in 75 illiyi ilə bağlı möhtəşəm tədbirin VAXTI AÇIQLANDI
- CFI şirkətindən misli görünməyən rekord: Ticarət həcmi 1.12 trilyon dolları ötdü