İtaliyanın “Scuderia Ferrari” komandası Forano yolunda (İtaliya) “Formula 1”-in yeni mövsümü üçün SF70-H avtomobilini təqdim edib.
Oxu.Az xəbər verir ki, tədbirdə komandanın rəhbəri, o cümlədən də kollektivin rəhbəri Mauritsio Arrivabene və texniki direktor Mattia Binotto, eləcə də “Ferrari”nin pilotları Sebastyan Fettel və Kimi Raykkonen iştirak ediblər.

Texniki özəlliklər:
Şassi: karbon lif və kompozit strukturlar

Transmissiya: “Ferrari” sürətlər qutusu, yarımavtomat, 8 irəli və bir əks ötürücü
Əyləc: Brembo (brake-by-wire)
Çəki 728 kq (sərinləşdirici maddə, sürtgü materialları və pilot ilə birgə)

Təkər diskləri: OZ (ön və arxa) diametr 13 düym
Mühərrik

İş həcmi: 1600 kub/sm
Yanacaq çəninin həcmi: 105 kq
Mühərrikin konfiqurasiyası: V6

Silindrlərin sayı: 6

E.Ə.
www.oxu.az