Bu gün Silverstounda (Britaniya) “Force India” komandası “VJM10” bolidinin təqdima edib.
Oxu.Az xəbər verir ki, avtomobil əvvəlki rəng ahəngini qoruyub-saxlayıb.

Qarşıdan gələn mövsümdə komandanın pilotları Serxio Peres və Esteban Okon olacaq.

“VJM10”-nin texniki özəllikləri:
Şassi: korpus karboliflərdən və kompozit materialdandır.
Transmissiya: səkkizpilləli Mercedes AMG F1 sürət qutusu.

Əyləc sistemi: AP Racing/920E, karbon disklər və qəliblər Carbon Industries istehsalıdır.
Mühərrik: 1,6 litrlik V6
Şin: Pirelli

Elvin Əhmədov
www.oxu.az