Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Formula-1" komandalarının dəyəri bəlli oldu
"Sportico" nəşri bütün "Formula-1" komandalarının dəyərini hesablayıb.
Oxu.Az xəbər verir ki, 10 yarış komandasının ümumi dəyəri 23.1 milyard dollar təşkil edir.
Siyahıda ilk yeri aktivləri 4.78 milyard dollar olan "Ferrari", sonuncu yeri isə 1.02 milyard dollarlıq "Haas" komandası tutur.
"Sportico" qiymətləndirmə apararkən komandaların illik maliyyə hesabatlarına, ekspertlərlə məsləhətləşmələrə və öz təhlillərinə əsaslanıb.
2024-cü il üçün "Formula-1" komandalarının cari dəyəri belə sıralanır:
1. "Ferrari" - 4.78 milyard dollar;
2. "Mercedes" - 3.94 milyard dollar;
3. "Red Bull" - 3.5 milyard dollar;
4. "McLaren" - 2.65 milyard dollar;
5. "Aston Martin" - 2.07 milyard dollar;
6. "Alpine" - 1.5 milyard dollar;
7. "Williams" - 1.24 milyard dollar;
8. "Visa RB" - 1.22 milyard dollar;
9. "Kick Sauber" - 1.2 milyard dollar;
10. "Haas" - 1.02 milyard dollar.
"Formula-1" teqi üzrə xəbərlər
- Mixael Şumaxer artıq ünsiyyət qura bilmir: Əfsanəvi pilotun vəziyyəti haqqında yeni TƏFƏRRÜAT
- "Formula-1": Azərbaycan Qran-prisinin qalibi Çində də birinci oldu
- Lyuis Hemilton dördqat dünya çempionu Sebastyan Fettelin rekordunu qırdı
- Lyuis Həmilton "Ferrari"dəki ilk liderliyini Çin Qran-prisində qazandı
- "Formula-1": Lando Norris və "McLaren" mövsümə qələbə ilə başladılar