Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Formula-1" komandasından dünya çempionuna inanılmaz təklif
"Aston Martin" dördqat dünya çempionu Maks Ferstappenlə "əsrin müqaviləsi"ni bağlamağa hazırdır. Komanda yarışçıya 3 mövsümə görə 300 milyon dollar təklif edir.
Oxu.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Formula-1" komandası bu yolla Ferstappeni özünə cəlb etməyə çalışır.
Pilotun "Red Bull" ilə müqaviləsi 2028-ci ilin sonuna qədər davam edir, lakin razılaşmanın pozulma ehtimalı da var.
Qeyd olunur ki, belə səxavətli təklif komandanın sponsoru - Səudiyyə Ərəbistanının Suveren Fondu sayəsində mümkün olub.
Gözlənilir ki, yaxın gələcəkdə fond komandanı Kanada biznesmeni Lourens Strolldan satın alacaq.
"Maks Ferstappen" teqi üzrə xəbərlər
- "Formula-1": Ferstappen İtaliyada birinci oldu
- "Formula-1" Emiliya-Romanya Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
- Dördqat "Formula-1" çempionu ata oldu
- "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
- Yuki Tsunoda mövsümün sonunadək "Red Bull" komandasında qalacaq