40 yaşlı britaniyalı pilot və yeddiqat "Formula-1" çempionu Lyuis Hemilton Las Veqas Qran-prisində karyerasının ən aşağı təsnifat nəticəsini göstərib.
Oxu.Az xəbər verir ki, ilk dəfə olaraq Hemilton seçmə mərhələdə sonuncu yeri tutub.
O, həm də 2009-cu ildən bəri təsnifatda sonuncu olan ilk "Ferrari" pilotu olub.
Xatırladaq ki, Hemilton 2007-ci ildən bəri "Formula-1"də yarışır.