“Red Bull” komandasının meksikalı pilotu Serxio Peres “Formula-1” üzrə dünya çempionatının 17-ci turunda - Sinqapur Qran-Prisində qalib gəlib.
Yarış bazar günü “Marina Bay” trekində keçirilib.
Yarışda “Ferrari”dən Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü onun komanda yoldaşı ispaniyalı Karlos Saynz qapayıb.
Qeyd edək ki, Qran-Prinin növbəti mərhələsi oktyabrın 7-dən 9-dək Yaponiyada keçiriləcək.
Mənbə: news.sportbox.ru