Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsinin rəsmi cədvəli açıqlanıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutacaq yarış həftəsi sentyabrın 24-də başlayacaq.
Yarış proqramına əsasən, sentyabrın 24-də bolidlər yerli vaxtla 12:30-13:30-da birinci, 16:00-17:00-da isə ikinci sərbəst yürüş üçün trekə çıxacaqlar.
Sentyabrın 25-də saat 12:30-13:30-da üçüncü sərbəst yürüş keçiriləcək. Həmin gün saat 16:00-17:00-da əsas yarışın start düzülüşünü müəyyənləşdirəcək sıralanma turu baş tutacaq.
Azərbaycan Qran-prisinin qalibini müəyyənləşdirəcək əsas yarış sentyabrın 26-da saat 15:00-da start götürəcək.
"Formula-1" üzrə Azərbaycan Qran-prisi
24 sentyabr, cümə axşamı
12:30-13:30 - Birinci sərbəst yürüş (FP1);
16:00-17:00 - İkinci sərbəst yürüş (FP2).
25 sentyabr, cümə
12:30-13:30 - Üçüncü sərbəst yürüş (FP3);
16:00-17:00 - Sıralanma turu.
26 sentyabr, şənbə
15:00 - Əsas yarış.