İngilis məşqçi Qari Onil Fransanın "Strasburq" klubuna rəhbərlik edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə futbol klubunun rəsmi saytında məlumat verilib.
"Strasburq" Qari Onilin birinci komandanın məşqçisi təyin olunduğunu elan edib. 42 yaşlı Qari Onil ali divizionda zəngin təcrübəyə malikdir. Keçmiş futbolçu İngiltərədə 500-dən çox oyun keçirib. Məşqçi kimi o, Premyer Liqada "Bornmut" və "Vulverhempton" klublarına 88 matçda rəhbərlik edib.
"Qari Onil ilk məşqini sabah keçirəcək və şənbə günündən (10 yanvar) "Strasburq"un məşqçi skamyasında olacaq", - deyə məlumatda qeyd edilib.
O bu postda "Çelsi"nin baş məşqçisi təyin olunmuş Liyam Rosenyoru əvəzləyib.
"Strasburq" Fransa çempionatının turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. Komanda 17 matçda 24 xal toplayıb.