İngiltərənin "Çelsi" klubunun qolkiperi Filip Yorgensen karyerasını Fransada davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, danimarkalı qapıçı "Strasburq" komandasına icarəyə verilib. Əldə olunan razılaşmaya əsasən, qapıçı mövsümün sonunadək Liqa 1 klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Strasburq" və "Çelsi" eyni investisiya qrupuna mənsubdur. Fransa klubunun sahibi London təmsilçisinin də daxil olduğu "BlueCo" konsorsiumudur.
Xatırladaq ki, Filip Yorgensen 2024-cü ildən etibarən "Çelsi"nin rənglərini qoruyur. Ötən mövsüm ərzində London klubunun heyətində 12 rəsmi matçda meydana çıxan qolkiper qapısından ümumilikdə 17 top buraxıb.
