№1. Bernar Lama

2006-cı ilin iyulunda Keniya yığmasının baş məşqçisi olub, amma vəzifədə yalnız iki ay qalıb, iş şəraitindən narazı qaldığı üçün gedib. 2015-ci ildən Qayana yığmasının baş meneceridir.
№16. Fabyen Bartez (7 oyun, 2 buraxılmış top)

Karyerası sona çatdıqdan sonra Fabyen Bartez avtomobil yarışçısı oldu və hətta 2013-cü ildə FFSA GT Fransa çempionatının qalibi olub. 2015-ci ilin martında o, Avro-2016-ya Tuluza şəhərində səfir təyin edilib.
№22. Lionel Şarbonnye (0 oyun)

2007-ci ildə Taitinin milli yığmasının məşqçisi olub. Eləcə də 2015-ci ilin yanvar ayına qədər İstr FK-nın məşqçisi olub.
Müdafiəçilər:
№2. Vensan Kandela (1 oyun)

2014-cü ildə “Ulduzlarla rəqs”in İtaliya versiyasında iştirak edib. Hal-hazırda agent fəaliyyəti ilə məşğuldur.
№3. Biksant Lizarazyu (6 oyun, 1 qol)

2006-cı ilin mayında “Canal+” ilə məsləhətçi kimi müqavilə bağlayıb. Sörfinq və Ciu-citsu ilə peşəkar məşğul olur – 2009-cu ildə Avropa çempionatının qalibi olub. Hal-hazırda Çempionlar Liqasının və Fransa yığmasının matçlarını şərh edir.
№5. Loran Blan (5 oyun, 1 qol)

2007-ci ildən 2010-cu ilə qədər Bordonun 2010-cu ildən 2012-ci ilə qədər Fransa yığmasının məşqçisi olub. Hal-hazırda PSJ-nin baş məşqçisidir.
№8. Marsel Desayi (7 oyun)

2008-ci ildə Afrika millətlərinin kubokunun təşkilində iştirak edib. 2002-ci ildə tərcümeyi-halını dərc edib. 80 000 nüsxə satılıb. 2011-ci ildə Fransa Futbol Federasiyasına qoşulub.
№15. Lilian Türam (6 oyun, 2 top)

Bir neçə kitab yazıb, o cümlədən də 2012-ci ilin martında nəşr edilmiş “Bərabərlik” manifestini yazıb, onun oğlu Markos isə Soşo klubunda Liqa 2-də debüt edib.
№18. Frank Leböf (3 oyun)

2005-ci ildə aktyorluq kurslarını uğurla başa vurub və hal-hazırda kinoda çəkilib. Bununla yanaşı icmalçı işləyir.
Yarımmüdafiəçilər:
№4. Patrik Viyeyra (2 oyun)

İngiltərənin Mançester Sitidə U19 komandasının məşqçisidir.
№7. Didye Deşam (6 oyun)

Böyük uğurla “Monako”, “Yuventus” və “Marsel”də işləyib. 2012-ci ildən Fransanın baş məşqçisidir.
№10 Zineddin Zidan (5 oyun, 2 top)

Zidan 2011-ci ildə “Real”ın idman direktoru təyin edilib. 2013-cü ilin iyun ayında Zineddin Zidan “Real”ın baş məşqçisi Karlo Ançelottinin köməkçisi oldu. 2014-cü ildən “Real”ın ikinci komandası “Kastilyo”nun məşqçisidir.
№11. Rober Pires (3 oyun)

beIN Sports-da məsləhətçi işləyir.
№13. Bernar Diomed (3 oyun)

2008-ci ildə Fransa Futbol Federasiyasının sponsorluq etdiyi Bernard Diomed Akademiyasını açıb.
№14. Alen Boqossyan (5 oyun)

2008-ci ildə Fransa yığmasında Raymon Domenekin köməkçisi təyin edilib. Yenidən Loran Blan dövründə köməkçi təyin edilib. 2012-ci ildə Didye Deşam gəldikdən sonra öz postunu tərk etdi.
№ Emmanuel Peti (6 oyun, 2 top)

Fransız TV-sində tele-icmalçı işləyir, 2014-cü il DÇ icmalını aparırdı.
№19. Kristian Karame (4 oyun)

2005-ci ildə Okeaniyada FİFA-nın səfiri işləyib. 2013-cü ildən “Olimpiakos” yunan klubunun beynəlxalq münasibətlər üzrə müşaviridir.
Hücumçular:
№6. Yuri Corkayeff (7 oyun, 1 qol)

Nyu-Yorkda yaşayır, gənclər üçün xeyriyyə turnirləri təşkil edir.
№9. Stefan Qivarş (6 oyun)

2003-cü ildə öz səsini Pro Evolution Soccer 3-ə borc verib. Bu gün isə “Tregunc” klubunun prezidentidir.
№12. Tyerri Anri (5 oyun, 3 top)

2014-cü ilin dekabrında Anri oyunçu karyerasını başa vuraraq İngiltərənin Sky Sports kanalında futbol eksperti olaraq, UEFA-nın A və B kateqoriyalı məşqçi lisenziyasını almaq üçün tədrisə başlayıb. 2015-ci ilin fevral ayında “Arsenal” Anriyə gənclərdən ibarət komandaların birinin məşqçi vəzifəsini təklif edib.
№20. David Trezere (5 oyun, 1 qol)

Davidin son klubu 2014-cü ildə Hindistanın “Puma Siti” klubu olub, bu klubda o, karyerasını başa vurub.
№21. Kristof Düqarri (3 oyun, 1 qol)

Teleaparıcı – Canal+ kanalında “Canal Football Club” proqramını aparır.