Birləşmiş Millətlər Təşkilatı (BMT) planetdə sülhün bərqərar olmasına istiqamətlənmiş fəaliyyətlə məşğuldur.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun fransız həftəliyi “Paris Match”-da dərc edilən müsahibəsində bəyan edib.
“Mən indi BMT-nin ünvanına olan tənqiddən nəticə çıxarıram. Amma eyni zamanda da hesab edirəm ki, məhz təşkilatın fəaliyyəti bir çox müharibələrin qarşısını almağa yardım edib. Məhz bu, BMT-nin yaradılarkən müəyyən edilən başlıca məqsədidir. Biz olmasaydıq planetdə daha çox qan tökülərdi, bizim dünya indikindən daha faciəli vəziyyətdə olardı”, - Pan Gi Mun deyib.
BMT rəhbəri etiraf edib ki, təşkilatın bütün səylərinə baxmayaraq dünyada Ruandda və Srebrennitsada olduğu kimi böyük soyqırımlar baş verib.
“Amma BMT sülhün keşiyində bu qəbildən olan faciələrin təkrarlanmaması üçün durur”, - o qeyd edib.