Fransız voleybolçular Rusiya yığmasını dünən Berlində başa çatan Avropa Olimpiya təsnifat turnirində qələbə münasibətilə orijinal üsulla təbrik ediblər.
Oxu.Az xəbər verir ki, rusiyalılara finalda məğlub olan və onlara Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-ya yeganə vəsiqəni uduzan fransızlar rəqiblərini təbrik etməyə özlərində qüvvə tapıblar.
Rusiya voleybolçularının şam yeməyi yedikləri masaya yaxınlaşan fransızlar məşhur rus mahnısı “Kalinka-Malinka”nı oxumağa başlayıblar.
Fransızların alicənab hərəkəti ümumi heyranlığa səbəb olub!
F.H.
www.oxu.az