İraqda Əl-Mikdadiyə şəhərində törədilən iki partlayış nəticəsində ən azı 20 nəfər ölüb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlardan birini terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salmaqla törədib.
Daha sonra şəhərdə minalanmış avtomobil partladılıb.
Partlayışlar zamanı azı 50 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, Mikdadiyə paytaxt Bağdaddan 80 km şimal-şərqdə yerləşir.