Braziliya A Seriyası klubu "Atletiko Mineyro" Fredin "Fənərbağça"dan transferi ilə bağlı razılıq əldə edib.
Oxu.Az bildirir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat verib.
"Atletiko Mineyro" "Fənərbağça"ya iki milyon avro məbləğində transfer haqqı ödəyəcək, bonuslar isə 500 min avro təşkil edəcək.
Müqavilənin müddətinin 3,5 il olması nəzərdə tutulub.
33 yaşlı yarımmüdafiəçi üç il əvvəl 9,7 milyon avro qarşılığında "Mançester Yunayted"dən "Fənərbağça"ya keçmişdi.
Qaynar xətt:
(055) 224 12 12