Qahirənin şərqindəki "Arabella Plaza" ticarət mərkəzində helium balonunun partlaması nəticəsində azı üç nəfər həlak olub, daha 17 nəfər isə xəsarət alıb.
Oxu.Az "Shafaq News"a istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, bütün xəsarət alanlar artıq xəstəxanaya yerləşdiriliblər.
Misir Daxili İşlər Nazirliyi insidentin hədiyyələr mağazasında baş verdiyini və partlayış nəticəsində yanğının başladığını bildirib. İdarədən əlavə edilib ki, yanğın söndürülüb, təhlükəsizlik qüvvələrinin əməkdaşları baş verənlərin təfərrüatını araşdırırlar.