Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yaşıl meydana qaydır.
Oxu.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, 46 yaşlı Ronaldinyo İtaliyanın Ç Seriyasında (üçüncü divizion) çıxış edən "Ravenna" klubu ilə müqavilə imzalayacaq.
Müqavilənin imzalanması iyunun 23-də Mayamidə keçiriləcək təntənəli tədbirdə rəsmi şəkildə elan olunacaq.
"Topla yenidən rəqs etmək imkanını səbirsizliklə gözləyirəm. Futbol həmişə mənim üçün sevinc mənbəyi olub və eyni ruhu "Ravenna"ya gətirmək istəyirəm", - deyə braziliyalı bildirib.
Qeyd edək ki, Ronaldinyo sonuncu dəfə 2015-ci ildə peşəkar səviyyədə meydana çıxıb. O, karyerası ərzində Braziliya millisi ilə dünya çempionu olub, həmçinin "Qızıl top" mükafatını qazanıb və "Barselona"nın heyətində UEFA Çempionlar Liqasının qalibi olub.