Bu gün Türkiyənin Antalya şəhərində keçirilməli olan “Sumqayıt” – “Jetısu” (Qazaxıstan) qarşılaşması kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Oxu.Az xəbər verir ki, oyunun keçirilmə vaxtı sabah yerli vaxtla 12:00-a təyin olunub.
Həmçinin, “Zirə”nin bu gün Qazaxıstanın “Taraz”, “Səbail”in Macarıstanın “Akvital” ilə görüşləri də bu gün yağan güclü yağmura görə baş tutmayıb. “Zirə”nin matçı ləğv olunubsa, “Səbail” bu rəqibi ilə başqa tarixdə oyun keçirəcək.
Qeyd edək ki, daha əvvəl 12 yanvarda “Qarabağ”ın Rumıniyanın “Botoşan” klubu ilə yoxlama oyunu da Antalyada davam edən güclü yağışa görə ləğv olunub.