Futbol üzrə Azərbaycan milli komandasının məşqçi heyəti tam şəkildə bilinib.
Oxu.Az italiyalı Covanni (Canni) De Byazinin baş məşqçisi olduğu heyətin digər üzvlərini təqdim edir:
Köməkçi məşqçilər: Arif Əsədov, Benito Karbone, Klaudio Beluççi
Qapıçılar üzrə məşqçi: Dmitri Kramarenko
Fiziki hazırlıq üzrə məşqçi: Alessandro Skaya
Videoanalitik: Federiko Turitsiani
Qeyd edək ki, Canni De Byazi dünən Bakıya gəlib və Masazırdakı “Əlincə Arena”da “Sabah” – “Qəbələ” (2:0) yoxlama oyununu stadionda izləyib.
O, COVID-19 testi də verib və nəticə neqativ çıxıb. Həmçinin o, oyunu izlədiyi müddətdə sosial məsafə qaydalarına riayət edərək heç kimlə ünsiyyətdə olmayıb.