Madrid “Real”ının və Avropa Superliqasının prezidenti Florentino Peres futbol oyunlarının vaxtının qısaldılması təklifi ilə çıxış edib.
Bu barədə AS məlumat yayıb.
"Gənclər “PlayStation” oyun konsolu arxasında çox vaxt keçirirlər. Buna səbəb kimi onlar futbol matçlarının çox uzun olduğunu bildirirlər. Düşünürəm ki, bununla nə isə etmək lazımdır”, - deyə F.Peres bildirib.