Britaniyanın məşhur "FourFourTwo" portalı "Qızıl top" mükafatlandırma tarixində ən mübahisəli qərarların reytinqini hazırlayıb.
Bu barədə Oxu.Az "Championat.com" nəşrinə istinadən xəbər verir.
"FourFourTwo"nun iddiasına görə, "Qızıl top" tarixində "oğurluq"ların "top-10"luğu aşağıdakı kimi sıralanıb:
- Robert Levandovski 2021-ci ildə Lionel Messinin əvəzinə mükafatı almalı idi və ya pandemiya səbəbindən mükafatın verilmədiyi 2020-ci ildə almalı idi;
- Tyerri Anri 2003-cü ildə Pavel Nedvedin əvəzinə mükafatı almalı idi və ya 2004-cü ildə Andrey Şevçenkonun əvəzinə;
- Uesli Sneyder 2010-cu ildə Lionel Messinin yerinə mükafatı almalı idi;
- Erlinq Holand 2023-cü ildə Lionel Messinin yerinə mükafatı almalı idi;
- Frank Riberi 2013-cü ildə Kriştianu Ronaldunun əvəzinə mükafatı almalı idi;
- Vircil van Deyk 2019-cu ildə Lionel Messinin yerinə mükafatı almalı idi;
- Kriştianu Ronaldu, Məhəmməd Salah və ya Antuan Qrizman 2018-ci ildə Luka Modriçin əvəzinə mükafatı almalı idilər;
- Oliver Kan və ya Raul Qonzales 2001-ci ildə Maykl Ouenin əvəzinə mükafatı almalı idilər;
- Ferents Puşkaş 1960-cı ildə Luis Suaresin əvəzinə mükafatı almalı idi;
- Canluici Buffon 2006-cı ildə Fabio Kannavaronun yerinə mükafatı almalı idi.
Xatırladaq ki, bir neçə gün əvvəl PSJ-nin cinah hücumçusu (vinqer) Usman Dembele "Qızıl top"u qazanıb.