Braziliyada keçiriləcək Futbol üzrə 2014-cü il Dünya Çempionatının rəsmi mahnısı “We Are One” repçi Pitbull-un ifasında aprel ayının 8-də YouTube-da yayımlanıb.
Oxu.Az bildirir ki, mahnını Pitbull, eləcə də Cennifer Lopez və braziliyalı müğənni Klaudia Leytte ifa ediblər.
Turnirin bağlanışında - 13 iyul tarixində “Dar um Jeito” rəsmi himnini Karlosa Santana, Jan Vayklef, Aviçi i Aleşandre Pires ifa edəcəklər.
Futbol üzrə Dünya Çempionatı bu il iyun ayının 12-dən iyul ayının 13-nə qədər Braziliyada keçiriləcək.