Opera müğənnisi Cahangir Qurbanova kapitan rütbəsi verildi.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Opera və Balet Teatrı ilə yanaşı, Daxili İşlər Nazirliyinin hərbi orkestrinin solisti olan sənətçi artıq kapitandır.
“Azərbaycan Respublikasına xidmət edirəm!” deyən Cahangir Qurbanov, yeni aldığı hərbi rütbəyə görə DİN-in rəhbərliyinə öz təşəkkürünü bildirməyi unutmadı.
“ANS PRESS vasitəsilə məni bu rütbəyə layiq gördükləri üçün bütün rəislərimə təşəkkürümü bildirirəm. İncəsənətə göstərilən qayğı və diqqətə görə cənab nazir - general-polkovnik Ramil Usubova və onun müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədova isə xüsusi təşəkkürümü bildirirəm”.