Cənubi Koreya, KXDR, Çin və Yaponiya futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirə bilər.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya Futbol Assosiyasiyasının prezidenti Çun Mun Qu bəyan edib.
“Cənubi Koreya, KXDR, Çin və Yaponiya arasında ətraflı müzakirə aparılsa, futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirmək mümkün olar. Koreya Respublikası, Çin və Yaponiya mundialın detallarına dair razılığa gələndən sonra, Şimali Koreya da layihəyə qoşula bilər”,- deyə federasiya prezidenti bildirib.
Çun Mun Qu həmçinin Cənubi Koreyada Asiya Kubokunu təşkil etmək niyyətində olduğunu bildirib.
A.S.
www.oxu.az