Futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya qarşı keçirəcəyi oyundan əvvəl açıq məşqinin və mətbuat konfransının vaxtı bəlli olub.
Bu barədə Oxu.Az-a AFFA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 9-u Bakı vaxtı ilə saat 21:30-da milli komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransına qatılacaq.
Komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşq prosesi Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Həmin gün saat 14:15-də Fransa yığmasının baş məşqçisi Didye Deşamın mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, Fransa-Azərbaycan qarşılaşması oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.