Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Futbolçu Azərbaycan xalqından üzr istədi
Futbol üzrə Azəraycan millisinin üzvü Ruslan Qurbanov Millətlər Liqasında Kosovo komandasına məğlubiyyətlə (0:4) bağlı fikirlərini bölüşüb.
Oxu.Az bununla bağlı “Azerisport” portalına istinadən xəbər verir.
“Bu nəticədən sonra deməyə söz tapmıram. Kosovolular bizdən güclü idi və bunu etiraf etməliyik. Biz rəqibdən qorxmurduq, lakin Kosovonun yaxşı futbolçuları var və onların əksəriyyəti güclü çempionatlarda oynayır. Onlar da nəticə verdilər. Hətta erkən buraxılan qoldan sonra mən düşündüm ki, hər şey düzələcək və biz cavab qolunu vuracağıq, ancaq bu olmadı.
Azərbaycan xalqı və azarkeşlərindən üzr istəyirəm”, - R.Qurbanov bildirib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Prezident İlham Əliyev Liviya liderini təbrik edib
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"