Fransanın “Nant” klubunun müdafiəçisi Dieqo Karlos XX turun PSJ ilə oyununda baş hakimə qarşı kobudluğa görə qırmızı vərəqə alıb.
Oxu.Az xəbər verir ki, görüşün 90-cı dəqiqəsində PSJ-nin hücumu zamanı braziliyalı futbolçu hakim Toni Şapronu itələyərək yerə yıxıb.
Referi isə qarşı tərəfin ayağından vurmaqla cavab verib. Daha sonra Şapron Rusiyanın “Ufa” klubunun sabiq futbolçusuna ikinci sarı vərəqə verməklə meydandan qovub.
Qeyd edək ki, dünən baş tutmuş görüş PSJ-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 12-ci dəqiqədə argentinalı Anxel di Maria vurub.
S.T.
www.oxu.az