Lissabonun “Sportinq” klubunun müdafiəçisi Sebastyan Koates Portuqaliya çempionatı çərçivəsində “Portimonens”ə qarşı keçirilən oyun zamanı klub yoldaşının həyatını xilas edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “FOX Sport Football” məlumat yayıb.
“Sportinq”in qapıçısı Romen Salen topu uzaqlaşdırmaq istəyərkən başı dirəyə dəyib və huşsuz vəziyyətdə yerə uzanıb.
Həkimlər meydançaya girənə kimi Koates qapıçıya ilkin tibbi yardım göstərib. Müdafiəçi əlini Salenin ağzına salaraq, dilini tutub.
Qarşılaşma “Portimonens”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
What a hero. 👏
— FOX Sports Football (@FOXFOOTBALL) October 9, 2018
Former Liverpool defender Sebastian Coates saves his teammate from choking after the keeper collided with the post. pic.twitter.com/TQrHh87fYR
Oxu.Az yeniləndi!