Özbəkistan millisinin müdafiəçisi Anzur İsmayılov DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Cənubi Koreya ilə oyundan sonra, komandasının mundiala düşməməsini öyrənib.
Oxu.Az-ın xəbərinə görə, İsmayılov əmin idi ki, onun ölkəsi üçüncü yeri tutub və mundialın əsas mərhələsində iştirak etmək şansını saxlayıb. Futbolçu bunun belə olmadığını öyrənəndə üzülüb.
Özbəkistan millisi A qrupunda dördüncü yeri tutub. Suriyalılar İranla matçda 1:2 hesabı ilə geri olarkən sonuncu dəqiqədə məğlubiyyətdən xilas olublar. Bu heç-heçə nəticəsində onlar Özbəkistan yığmasını əlavə göstəricilərdə qabaqlayaraq pley-off mərhələsində mübarizəni davam etdirmək hüququnu qazanıblar. A qrupundan DÇ-2018-ə birbaşa vəsiqəni İran və Cənubi Koreya milliləri əldə ediblər.
“Deməli, indi hər şey çox pisdir. Mənə dedilər ki, matç 1:2 hesabı ilə yekunlaşıb. Bizim üçün hər şey bitdi. Bilmirəm. Bağışlayın, cavab verə bilmirəm”, futbolçu müsahibəsində deyib.
S.B.
www.oxu.az