7-9 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən parataekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirində FHN-in İdman-Sağlamlıq klubunun əməkdaşı, ikiqat dünya, dördqat Avropa çempionu, prezident mükafatçısı Aynur Məmmədova qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu gün FHN İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançını qəbul edərək, onu qazandığı nailiyyətə görə təbrik edib və idmançıya qiymətli hədiyyə təqdim edib.
Qeyd edək ki, Aynur Məmmədova (+58 kq) bu il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına da vəsiqə qazanıb.