AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında XXXIV turun oyunları gerçəkləşib.
Oxu.Az xəbər verir ki, bu tur bombardirlər yarışında rəqabət aparan iki futbolçunun məhsuldarlığı ilə diqqət çəkib.
Belə ki, "Qəbələ"dən Rəvan Əsədov bir oyunda 6 (heksa-trik), "Sabah"ın hücumçusu Stefen Ende isə 5 qol (penta-trik) vurub. Hazırda hər iki futbolçunun hesabında 38 qol var.
Qeyd edək ki, hesabında isə 22 qol olan "Sumqayıt" klubunun futbolçusu Toğrul Tapdıqlı isə üçüncü pillədə qərarlaşıb.